Azərbaycanda ilk məntiq testləri saytı

 

Müsabiqə 29-un sualları.

 

1) 1 ballıq sual.
Bir cüt ideal nərd zərini atdıqda hər iki zərin eyni üzünün düşməsi ehtimalı nə qədərdir?

a)1/36
b)1/6
c)1/18
d)6
e)1



2) 2 ballıq sual.

184-21
425-1
847-81

394-?

a)12
b)51
c)36
d)94
e)52



3) 2 ballıq sual.

84, 76, 69, 63, 57, 52, ?
a)5
b)47
c)48
d)46
e)49



4) 2 ballıq sual.

Saat 12:00-da üst-üstə olan saat və dəqiqə əqrəbləri növbəti dəfə hansı saat intervalında üst-üstə düşəcəklər?

a) 13:00 - 13:05
b) 13:05 - 13:10
c) 13:10 - 13:15
d) 13:15 - 13:20
e)13:20 - 13:25



5)1 ballıq sual.

Reinkarnasiya nədir?

a) Bir xalqın yaşadığı ərazidən köçdükdən sonra əvvəl yaşadığı əraziyə qayıtması
b) İnsanın kliniki ölüm keçirməsi.
c) Əhalinin miqrasiyasının ümumi adı
d) İnsan öldükdən sonra onun ruhunun başqa bir insanın bədənində yenidən dünyaya gəlməsi.
e)Keçmiş məhbusun təkrarən məhkum olunması



6) 2 ballıq sual.

Qələbənin 3 xalla, heç-heçənin isə 1 xalla qiymətləndirildiyi 18 komandalı, 2 dövrəli futbol üzrə çempionatın qalibi 34 turdan sonra A komandası oldu. A komandası 74 xal toplayıbsa və çempionat oyunlarını məğlubiyyətsiz başa vura bilməyibsə, o ən çox neçə heç-heçə etmiş ola bilər?

a) 5
b)14
c) 16
d) 11
e) 9

7) 1 ballıq sual.

3, 4, 11 - 44
9, 8, 4 - 96

1, 1, 33 - ?

a) 33
b)66
c) 11
d) 99
e) 132



8) 2 ballıq sual.

A, B və C rəqəmlərdir və A+B+C=17. ABC-nin ala biləcəyi ən böyük qiyməti tapın. (Məsələn A=1, B=1, C=1 isə ABC=111.)
a)971
b)980
c)1961
d)2861
e)881

9) 1 ballıq sual.

Variantlardakı hansı atalar sözü "Cəfa çəkməyən səfa görməz" atalar sözünə mənaca daha yaxındır:

a)Qeyrəti olan torpağı qızıla döndərər.
b) Yüyürək at özünə qamçı vurdurmaz.
c) Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
d) İşi başlayan yarıda qoymaz
e)Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.



10) 1 ballıq sual.

3 sutkada neçə saniyə olur?

a)4 320
b)648000
c)552 000
d)259 200
e)15 552 000


MyCounter - Ваш счётчик