Azərbaycanda ilk məntiq testləri saytı

 

Müsabiqə 28-in sualları.

 

1) 2 ballıq sual.

10 nəfərlik heyət hər biri hər gün bərabər iş görməklə 15 günə bir işi görüb qurtarmalıdırlar. 3 gün işlədikdən sonra 7 nəfər işi dayandırır, qalan 3 nəfər daha 8 gün iş görürlər. Daha sonra əvvəlki 7 nəfər yenidən işə qoşulur. Yenidən 10 nəfər olan heyət işi neçə günə bitirəcək?

a)4 gün.
b)6 gün.
c)8 gün.
d)10 gün
e)12 gün



2) 2 ballıq sual.

4 ( 1 __ 12 ) 10

11 (15 __ 14 ) 85

X ( 8 __ 7 ) Y

X+Y=?

a)32
b)26
c)81
d)73
e)52



3) 2 ballıq sual.

Qutuda 3 rəngdə - ağ,qırmızı və qara rəngdə şarlar var. Qutudakı ağ şarlar qaralardan 1.2 dəfə çoxdur. Qırmızı şarların sayı isə qara şarlardan 2 dəfə çoxdur. Qutudan 15 ağ şarı çıxardılar. Qutuda X sayda şar qaldı. X hansı varianta uyğun qiymət ala bilər?
a)77
b)27
c)177
d)111
e)199



4) 2 ballıq sual.

Saat 03:40-da saatın dəqiqə əqrəbi ilə saat əqrəbi arasında neçə dərəcəlik bucaq olur?

a) 110
b) 120
c) 150
d) 140
e)130



5)1 ballıq sual.

14-15, 21-3, 15-24, 23-5, 35-?

a) 53
b) 9
c) 16
d) 34
e)0



6) 1 ballıq sual.

   322
-
  ABC
_____
  A7[C+2]

A*B*C=?
a) 20
b) 30
c) 24
d) 48
e) 1

7) 2 ballıq sual.

4 A 12=84, 6 A 3=81, 3 A 12=63.

4 B 12=12, 6 B 3=9, 3 B 12=9.

(3 A 4) A (5 B 5)=?

a) 169
b) 741
c) 144
d) 256
e) 625



8) 1 ballıq sual.

İstifadəçi 1 Mb-lıq informasiyanın 100 Kb-nı yüklədi. O informasiyanı tam yükləmək üçün daha neçə bayt yükləmə aparmalıdır?
a)999000
b)925600
c)900000
d)946176
e)900

9) 1 ballıq sual.

0, 0, 4, 8, 16, 24, 36, x, y.

x+y=?

a)100
b) 112
c) 121
d) 212
e)64



10) 1 ballıq sual.

Meydan verdik ağ yalana

Həqiqət də ... ...

Çəkildi dağlar dalına

Bəlkə orda ... (B. Vahabzadə)

Üç nöqtələri məntiqi olaraq uyğun sözlərlə əvəz edin.

a)daldalana, daldalana, tapdalana
b)aldanıla, aldanıla, tapdalana
c)tapdalana,tapdalana,daldalana
d)tapdalana,tapdalana,tapdalana
e)daldalana, daldalana, daldalana