Azərbaycanda ilk məntiq testləri saytı
Izahlar
Fiqurlu testlər, Hesabi məntiqi testlər, Orta səviyyəli suallardan ibarət 50 suallı test, 50 suallı məntiq testi (Magistraturaya hazırlaşanlar üçün), 50 suallı məntiq testi (Magistraturaya hazırlaşanlar üçün)-2, Müsabiqə 1, Müsabiqə 2, Müsabiqə 3, Müsabiqə 4, Müsabiqə 5, Müsabiqə 6, Müsabiqə 7, Müsabiqə 8, Müsabiqə 9, Müsabiqə 10, Müsabiqə 11, Müsabiqə 12, Müsabiqə 13, Müsabiqə 14, Müsabiqə 15, Müsabiqə 16, Müsabiqə 17, Müsabiqə 18, Müsabiqə 19, Müsabiqə 20, Müsabiqə 21, Müsabiqə 22, Müsabiqə 23, Müsabiqə 24, Müsabiqə 25, Müsabiqə 26, Müsabiqə 27, Müsabiqə 28, Müsabiqə 29, Müsabiqə 30, Müsabiqə 31, Müsabiqə 32, Müsabiqə 33, Müsabiqə 34, Müsabiqə 35, Müsabiqə 36, Müsabiqə 37.
Müsabiqə 37
Sual 2.
A və B arasında şahmat oyununa start verildi və A oyunçusu öz səhvindən 2 fiqurunu itirdi. 2 fiqurun hansı fiqurlar olduğunu bilmirik. Bu halda şahmat taxtasında cəmi 15 piyadanın qalması ehtimalını tapın. (Startda hər oyunçunun 2 atı, 2 topu, 2 fili, 1 vəziri, 1 şahı və 8 piyadası olur)
İzah: A iki daşını itiribsə və rəqibin hələ də 8 piyadası varsa, deməli meydanda ya 14 ya 15 ya da 16 piyada qala bilər. Çünki itirilən iki fiqurun ya hər ikisi piyadadır, ya yalnız biri, ya da heç biri. Biz izə o ehtimalı axtarırıq ki itirilən 2 fiqurun yalnız biri piyada olsun. Tutaq ki itirilən birinci fiqur piyada, ikincisi isə qeyri piyadadır.(Tərsinə də fərz edə bilərik, fərq etməz) Birinci daşın piyada olmasl ehtimalı 8/16, ikinci daşın piyada olmaması ehtimalı isə 8/15 olar.(Çünki bir piyada itirildikdən sonra meydanda 15 fiqur, 8 qeyri piyada, 7 piyada qalar). Vurma prinsipinə görə Bizə lazım olan ehtimal 1*8/2*15=4/15.
Müsabiqə 36
Sual 5.
7, 11, 17, 26, 40, 62, ?
İzah:
Artımlara baxaq: 4, 6, 9, 14, 22
Artımların artımlarına baxaq: 2, 3, 5, 8.
Son ardıcıllıqda artımlar belədir: 1, 2, 3,...
Deməli son ardıcıllıq belədir: 2, 3, 5, 8, 12
Ondan əvvəlki ardıcıllıq 4, 6, 9, 14, 22, 34
Deməli verilmiş ardıcıllıq 7, 11, 17, 26, 40, 62, (62+34).
Cavab 96.
Sual 9
{31, 71, 91, 32, 13, 73, 14, ?}
Hansı ədəd sual işarəsinin yerində ola bilər?
İzah:
Bu ədədlərin hər birinin tərsinə yazılışı sadə ədəddir, cavabı da bu məntiqlə axtarmaq lazım.
Müsabiqə 34
Sual 8.
Asif ikinci sinifdə oxuyur -5,10,13
Biz məktəbi çoxdan bitirmişik - 8,10,16
Tək əldən səs çıxmaz - A, B, C.
İzah: Hər sətirdəki cümlələrə diqqıt edək. Sağ tərəfdəki ədədlərin açılımı: cümlədəki hərflərinin sayının rəqəmləri cəi-A, ilk iki sözdəki hərflərin sayı - B, son iki sözdəki hərflərin sayı - C. Deməli A=1+7=8. B=8, C=9. A+B+C=24.
Müsabiqə 32
Sual 1. A+B+C<43. A=2B=4C. C-nin ala biləcəyi ən böyük tək ədədi tapın.
İzah: A=4C,2B=4C, B=2C. Deməli 4C+2C+C=7C<43. Deməli C<6.143. C-nin tək ədəd olması tələb olunduğundan C=6 ola bilməz. Deməli C=5.
Sual 9
Hər iki hərfi bir-birindən fərqli saitlərdən(a,ı,o,u,e,ə,i,ö,ü) ibarət olan neçə ikihərfli birləşmə mövcuddur?
İzah:İki hərfli sait birləşmələrin sayı 9*9=81. Hər iki hərfi eyni olanlar: aa,ıı,oo,uu,ee,əə,ii,öö,üü - sayı isə 9-dur. 81-9=72.
Müsabiqə 31
Sual 1.
Uyğun cütlərdən sözləri qurun.
iə,flsf,aiə,aaı,dbçk,əəə,xrt,?
İzah:flsf və əəə fəlsəfə, dbçk və iə dibçək, xrt və aiə axirət sözlərini əmələ gətirir. Yerdə qalır aaı. Bu isə nştr ilə naşatır sözünü əmələ gətirir. Cavab D).
Sual 3. 12, 13, 15, 19, 27, 32, ?
İzah: Artım hər bir həddin 2-ci rəqəminin 1-ci ədədindən olan fərqi qədərdir. Məsələn 27-də 7-2=5 olduğundan növbəti hədd 27+5=32. Deməli cavab 31. Çünki 2-3=-1. 32+(-1)=31.
Sual 4.
Nərdtaxtada daş start vəziyyətindəki xanadadır. Bir cüt nərd zərini atılır və daş düşən xallara uyğun start vəziyyətindən müvafiq xanaya aparıldı. Daşın yeni xanasının nərdtaxtada daşın start vəziyyətində olduğu yarımlövhədə olması ehtimalını tapın.
İzah: Nərdtaxtada hər yarimlövhədə üzbəüz 6 daş üçün yer var. Start vəziyyətində olan daş 1-ci yerdə olduğundan onun növbəti lövhəyə keçməsi üçün 5 xaldan çox lazımdır. Ona görə də 5 və daha az xal düşdükdə daş növbəti yarımlövhəyə düşmür. Cüt zəri atdıqda xalların cəminin 5-dən çox olmamaslı ehtimalını tapaq: 36 cür kombinasiyadan yalnız 1-1,1-2,1-3,1-4,2-1,2-2,2-3,3-1,3-2,4-1 cütləri bizim şərtimizi ödəyir. Bu halların sayı isə 10 dənədir. Deməli cavab 10/36=5/18.
Sual 5:
198, 1241 - 91
1451, 54 - 44
76144, 478 - ?
İzah: Solda duran birinci ədədin ikinci rəqəmini, ikinci ədədin sonuncu rəqəmini götürsək, sağda duran ədəd alınar. Cavab 68.
Sual 6.
198, 1241 - 91
1451, 54 - 44
76144, 478 - ?
İzah: Hər sətirdə dol tərəfdəki birinci ədədin ikinci rəqəmindən və ikinci ədədin sonuncu rəqəmindən sağ tərəfdəki ədəd alınır. 76144-də ikinci rəqəm 6, 478-də sonuncu rəqəm isə 8-dir. Cavab 68.
Sual 7.
4A5=9, 7A1=7, 3A3=9, 8A8=64, 24A1-?
İzah: Bu sual əslində iq test standartlarına cavab verən sual deyil. Sadəcə sualda məqsəd istifadəçilərin diqqətini yoxlamaq idi. İlk baxışdan A operatoru hasil operatoruna bənzəsə də, birinci ifadədə A cəm operatoru rolunu oynayır. Buna diqqət etmək lazım. Əslində isə A "ədədlərdən hər ikisi tək yaxud hər ikisi cüt olduqda hasil, biri tək biri cüt olduqda isə cəm əməliyyatını yerinə yetiren" operatordur. Cavab C)25.
Sual 9.
4, 17 - 14, 3
6, 7 - 6, 4
10, 3 - 3, 4
8, 8 - X, Y.
X+Y=?
İzah: Hər bir sırada solda duran ədədləri bir-birinə vurub alınan hasilin ədədlərini cəmlədikdə sağda duran birinci ədəd alınır. Hər bir sırada solda duran ədədləri cəmləyib alınan cəmin rəqəmlərini cəmləsək, solda duran ikinci ədəd alınacaq. Məsələn 4*17=68. 6+8=14. 4+17=21. 2+1=3.
Deməli 8*8=64. 6+4=10. 8+8=16. 1+6=7. Və nəhayət X+Y=10+7=17.
Müsabiqə 30
Sual 2.
Əgər verilmiş ifadədə K ilə Bakı şəhəri işarə olunubsa, onda məntiqi olaraq tapın ki, {L, B, A, F} çoxluğu hansı variantdakı çoxluğu ifadə edə bilər?
İzah: Cavablara uyğun olaraq belə bir nəticəyə gəlmək olar: Əgər K ilə Bakı şəhəri ifadə olunubsa, deməli {H, K, L, ...} çoxluğu Azərbaycan şəhərləri çoxluğudur, deməli E Azərbaycan hərfinə uyğundur. Azərbaycan isə Avrasiya ərazisində yerləşir, deməli B Avrasiyadır, uyğun çoxluq Avrasiya ölkələri çoxluğu. Bu məntiqlə A Yerdir, uyğun çoxluq isə materiklər çoxluğudur. {L, B, A, F}-ə uyğun gələn variant C).
Sual 4.
28 domino daşından təsadüfi olaraq bir daş seçildikdə seçilmiş daşdakı xalların sayının 3-dən kiçik olma ehtimalını tapın.
İzah: Xalların sayı 3-dən kiçik olan daşlar bunlardır: 01,11,00,02. Deməli axtarılan ehtimal=4/28=1/7.
Sual 8. Qayçı, avtomobil, Dunay, iynə, org, təyyarə, ..., ...
Nöqtələrin yerində hansı sözlər ola bilər?
İzah: Qayçı sözü iynə sözünə, təyyarə sözü avtomobil sözünə(nəqliyyat) sahəzə uyğundur. Yerdə qalır com və Dunay. com internetdə domen uzantısıdır, Dunay isə çaydır. E) bəndində olan Kür sözü Dunaya, info isə com-a aid aid olduğu sahəcə uyğundur.
Müsabiqə 29
Sual 2.
184-21
425-1
847-81
394-?
İzah: Hər sətirdə soldakı ədədin rəqəmləri cəmindən 1 çıxıb alınmış ədədi tərsinə yazsaq, sağdakı ədəd alınar. 184: 1+8+4=13. 13-1=12. Tərsinə yazılış 21. Deməli 394: 3+9+4=16. 16-1=15. Cavab 51.
Sual 3.
84, 76, 69, 63, 57, 52, ?
İzah: Ardıcıllıqda azalma bu qaydayladır: Hər bir hədd özündən əvvəlki həddin onluq hissəsindəki rəqəm qədər azalmasından alınır. Məsələn 63-də onluq hissə rəqəmi 6-dır, deməli növbəti hədd 63-6=57 olmalıdır. Ona görə də ?=52-5=47.
Sual 6.
Qələbənin 3 xalla, heç-heçənin isə 1 xalla qiymətləndirildiyi 18 komandalı, 2 dövrəli futbol üzrə çempionatın qalibi 34 turdan sonra A komandası oldu. A komandası 74 xal toplayıbsa və çempionat oyunlarını məğlubiyyətsiz başa vura bilməyibsə, o ən çox neçə heç-heçə etmiş ola bilər?
İzah: 74 xalı toplamaq bir neçə cür mümkündür:
1. Qələbə - 24, Heçheçə - 2, Məğlubiyyət - 8.
2. Qələbə - 23, Heçheçə - 5, Məğlubiyyət - 6.
3. Qələbə - 22, Heçheçə - 8, Məğlubiyyət - 4.
4. Qələbə - 21, Heçheçə - 11, Məğlubiyyət- 2.
5. Qələbə - 20, Heçheçə - 14, Məğlubiyyət -0.
Göründüyü kimi ən çox heç-heçə etmə imkanı 14-dür, lakin şərtə görə A komandası çempionatda məğlubiyyət üzü gördüyündən deməli biz 11 variantını seçməliyik. Cavab 11.
Müsabiqə 28
Sual 1. 10 nəfərlik heyət hər biri hər gün bərabər iş görməklə 15 günə bir işi görüb qurtarmalıdırlar. 3 gün işlədikdən sonra 7 nəfər işi dayandırır, qalan 3 nəfər daha 8 gün iş görürlər. Daha sonra əvvəlki 7 nəfər yenidən işə qoşulur. Yenidən 10 nəfər olan heyət işi neçə günə bitirəcək?
İzah: Aydındır ki, hər gün işin 1/15 hissəsi görülməlidir. 10 nəfər işçi olduğundan və hər bir işçi bərabər iş gördüyündən hər işçi hər gün işin 1/150 hissəsini görmüş olur.
3 gün işlədilər: 3*10*(1/150)=1/5.
Daha sonra 7 nəfər dayandı, 3 nəfər 8 gün işlədi: 3*8*1/150=4/25.
Daha sonra yenidən 10 nəfər işi görüb qurtarır.
10*x*1/150=1-(1/5 + 4/25)=1-9/25=16/25. Burada sağ tərəfdə 1-(1/5 + 4/25) ifadəsi tam işdən artıq görülən işin çıxılması və yerdə qalan işin tapılması mənasını verir.
Beləliklə x/15=16/25. x=15*16/25=48/5=9.6 gün. Bu isə işin 10 günə görülməsi anlamını verir.
Sual 2.
4 ( 1 __ 12 ) 10
11 (15 __ 14 ) 85
X ( 8 __ 7 ) Y
X+Y=?
İzah: A (B_C) D düzülüşündə A B və C-ni təşkil edən rəqəmlərin cəminə, D isə (B+C)-ni təşkil edən rəqəmlərin kvadratları cəminə bərabərdir. Deməli, X=1+5=15. (8+7=15 olduğundan), Y=1*1+5*5=26. X+Y=26+6=32. Cavab A)32.
Sual 3.Qutuda 3 rəngdə - ağ,qırmızı və qara rəngdə şarlar var. Qutudakı ağ şarlar qaralardan 1.2 dəfə çoxdur. Qırmızı şarların sayı isə qara şarlardan 2 dəfə çoxdur. Qutudan 15 ağ şarı çıxardılar. Qutuda X sayda şar qaldı. X hansı varianta uyğun qiymət ala bilər?
İzah: Ağ şarların sayı-A, Qırmızıların sayı-Qı, qaraların sayı=Qa olsun. A=1.2Qa. Qı=2Qa.
Əgər 15 ağ şar çıxıbsa qutudan, deməli ən azı 15 ağ şar var imiş, üstəlik ağ şarların sayı 1.2-yə bölündüyündən bu say 18, 24, 30, 36,... ardıcıllığından qiymət ala bilər. Deməli qara şarların sayı 15, 20, 25, 30, ... ardıcıllığından, qırmızı şarların sayı 30, 40, 50, 60,... ardıcıllığından qiymət alır.. Beləliklə ümumi say (18+30+15), (24+40+20),(30+50+25), (36+60+30)... yəni 63, 86, 105, 126... ardıcıllığından qiymət alır. Axtardığımız X isə 63-15, 86-15, 105-15, 126-15... ardıcıllığından qiymət alır. Bu ardıcıllıqdan variantlarda yalnız 111 olduğundan cavab 111.
Müsabiqə 27
sual 10.
11: 11, 5, 3, 2, 1.
34: 34, 17, 11, 8, 6.
77:77, a, b, c, 15 .
a+b+c=?
İzah:Sual işarəsinin yerində durmalı olan ədədi tapın.
İzah: İki nöqtədən sağda duran ədədlər iki nöqtədən solda duran ədədin uyğun olaraq 1-ə, 2-yə, 3-ə, 4-ə və 5-ə bölünməsindən alınan tam ədədlər ardıcıllığıdır: Məsələn: 34:1=34, 34:2=17, 34:3=11.333..., 34:4=8.5, 34:5=6.8. Deməli 77: 77, 38, 25, 19, 15. 38+25+19=82.
Müsabiqə 26
Sual 4.
Tamamlayın:
Üsyan - 1, 2, 3, 4, 5.
aynalı - 4, 3, 5, 4, 6, 7.
Zümrə - 8, 9, 10, 11, 12.
Aslan - ?
İzah: Hər bir hərfə qarşı bir ədəd qarşı qoyulduğundan və hərflər artan sıra ilə nömrələndiyindən Aslan sözünün qarşılığını tapmaq asan olar. Amma burada bir diqqətdən yayına biləcək məqam var. Üsyan sözündəki Ü hərfinin qarşılığı 1, Zümrə sözündəki ü hərfinin qarşılığı isə 9-dur. Deməli böyük və kiçik hərflərin qarşılığı mütəlif olmalıdır. Böyük A hərfinə əvvəl rast gəlinmədiyindən onun qarşılığı 13 olmalıdır. Əgər Aslan yerinə aslan olsaydı, o halda cavab 4,2,6,4,5 olardı. Amma birinci hərf böyük olduğundan cavab: A).
Müsabiqə 25
1)Daşıdığı anlama görə digər 4-lüyə uyğun gəlməyən 5-ci ölkə adını seçin seçin.
İzah: Yalnız Kolumbiya sözünün kökü oranın xalqının adından götürülməyib. (Yapon, Xorvat, Alman, Serb xalqları var, amma Kolumb yox.)
2) 2 ballıq sual. Tamamlayın:
A**B**C=ABCCACCAACABAAB.
A**C**B=ACBBABBAABACAAC.
C**A**B=?
İzah:Birinci sətirdəki simvollar olduğu kimi yazılır, daha sonra sol tərəfə uyğun olaraq A C ilə, V A ilə, C isə B ilə əvəz olunur bütün sətir boyu. Cavab D).
3)26+12+32=70. 70 in rəqəmlərini cəmləyək: 7+0=7. 70-dən 7-ni çıxaq: 70-7=63.
Eləcə də digər sətirlər. Ona görə də 10+35+x=45+y formasında tənlik alırıq. Və bu münasibəti yaınız A) bəndinin ödədiyini görmək olar.
8)Maşın on birə on beş dəqiqə qalmışdan üçə beş dəqiqə işləmişəcən yolda oldu. Maşın yolda nə qədər vaxt oldu?
İzah:Əvvəlcə tam saatı hesablayaq. 11-12, 12-1, 1-2 arası 3 saat yolda olub maşın. 11-ə qalan 15 dəqiqəni və 2-dən keçən(3-ə işləyən) 5 dəqiqəni də əlavə etsək, alarıq 3 saat 20 dəqiqə. Cavab D).
Müsabiqə 24
6)Hansı münasibət doğrudur? (S-Üçüncü fiqurun sahəsidir.)
Bu sualda ədədlərin yazılışına diqqət etsəz, görərsiniz ki, hər bir ədəd üzərində olduğu fiqurun sahəsini ifadə edir. Birinci şəkilə baxaq: 35 qara fiqurun, 45 ağ fiqurun, 15 isə onların kəsişməsinin sahəsidir. 35+45+15=95. İki fiqurun birgə sahəsi isə bərabər olacaq 35+45+15-2*15=65. Çünki qara fiqurun sahəsi 35 , ağ fiqurun sahəsi 45-dir. Ümümumi fiqurun sahəsinə onların hər ikisi dazil olmaqla yanaşı onların sahələrindən 15 vahidi ortaqdır, deməli sahə bərabər olmalıdır 35+45-15=65. Eyni qayda 3-cü şəkildə də keçərlidir. S=A+C-B və yaxud da S=A+B+C-2B=D-2B.
Müsabiqə 23
(SUAL 3 VƏ SUAL 8 ÇƏTİNLİYİ ARTIRILMIŞ SUALLARDIR.)3) 2 ballıq sual.
Son sətirdəki sözün təşkilində hansı "adamlar" cütü iştirak edə bilər?
a)1 b)2 c)3 d)4 e)5
Qəsəbə və səfil sözündəki "Ə" hərflərinə uyğun adamlara diqqət edin, görəcəksiniz ki, birində baş ağ rəngdədir, birində qara. Deməli şəkildəki adamlar "dönə" də bilir, yəni qara olanda arxadan görünür(saç qarası), ağ olanda ön tərəfdən görünür adam. Odur ki, adam dönəndə sağ və sol qolların da yeri dəyişir təbii ki, ona da diqqət yetirmək lazım. Bütün bunları nəzərə alsaq, cavabın D) olduğu görünər. D)-dəki birinci adam "Səfil"-dəki f-in dönmüş forması, ikinci adam isə Ə-yə uyğun adam işarəsidir.
8) 2 ballıq sual.Uyğunluğu tamamlayın:
a)10 b)12.5 c)15 d)17.5 e)20
İzah: Şəkildəki oxlar saat əqrəbləri anlamını verir, ədədlər isə birinci saatdan ikinciyəcən neçə dəqiqə keçdiyini göstərir. 1-ci şəkildə: 14:30 - 15:00-dək 30 dəqiqə keçib. 2-ci şəkildə: 14:30-dan 15:30-dək 60 dəqiqə keçib. 3-cü şəkildə: İkinci saatda saat əqrəbi birincinin(14:30 olanın) dəqiqə əqrəbinə paraleldir. Bu faktla müəyyən etmək olur ki, dəqiqə əqrəbi 14:30-dan 12.5 dəqiqə ötüb. (5+5+2.5, çünki 6-dan 7-yə 5 dəqiqə, 7-dən 8-ə 5 dəqiqə, 8-lə 8-un tam ortasına 2.5 dəqiqə).
10) 1 ballıq sual.
8125-95, 4964-78, 3681-69, 2500-?
a)50 b)55 c)25 d)89 e)500.
İzah: 8125-95. Diqqət edək 9*9=81, 5*5=25. 81 və 25-dən 8125 təşkil olunur. Eləcə də 7*7=49, 8*8=64. 49 və 64, 4964 və.s. 2500-? 5*5=25, 0*0=00. Cavab A)50.
Müsabiqə 22
Sual 1.
Şagirdin öyrənməli olduğu 9 dərs var. Dərslərin hər biri çətin, orta və yaxud asan sayıla bilər. Çətin dərslərin sayı asan dərslərin sayından 5 dəfə azdır. Şagirdin artıq bir çətin dərsi oxuduğunu bilərək tapın ki, 9 dərsdən neçəsi orta səviyyəlidir?
a)Biri b)İkisi c)Üçü d)Dördü e)Heç biri.
İzah:
Əgər şagirdin iki çətin dərsi varsa, onda asan sualların sayı 2*5=10 olar. Ümüui say 9 olduğundan bu mümkün deyil. Deməli cəmi 1 şətin dərs var və deməli 1*5=5 asan dərs. 9-5-1=3 orta dərs. Cavab C)Üçü.
Sual 5.
Tamamlayın: 4, 9, 25, 64, 169, ?
İzah: Ardıcıllıq kvadratlar ardıcıllığı olduğundan bu formada yazaq onu: 2*2, 3*3, 5*5, 8*8, 13*13. Köklərdən yeni ardıcıllıq quraq: 2, 3, 5, 8, 13. Bu ardıcıllıq isə Fibonaççi ədədlərinə daxildir. (Oxu:http://bilikli.net/Sizden/fibonacci.php). Yəni hər bir hədd özündən əvvəlki iki ədədin cəminə bərabərdir. Deməli cavab (13+8)*(13+8)=441. D).
Sual 6.
A şəhəri B şəhərindən əhalicə kiçikdir.
B şəhəri C şəhərindən əhalicə böyükdür.
C şəhəri A şəhəri ilə eyni əhali sayına malikdir.
E şəhəri B şəhəriylə eyni əhali sayına malikdir.
A şəhəri D şəhərindən əhalicə böyükdür.
D şəhəri E şəhərindən əhalicə kiçikdir.
Ən böyük və ən kiçik şəhər hansıdır? "D"<"A"="C"<"E"="B"
a)Ən böyük: E; ən kiçik: A və C.
b)Ən böyük: B və E; ən kiçik: A və C.
c)Ən böyük: B; ən kiçik: D.
d)Ən böyük: B və E; ən kiçik: D.
e)Ən böyük: B və E; ən kiçik: A.
İzah: "D"<"A"="C"<"E"="B" münasibətindən D-nin ən kiçik, E=B-lərin ən böyük olduğu görünür. Cavab D).
Sual 8.
Uyğunluğu taparaq son sətirdəki sual işarəsini variantlardan biri ilə əvəz edin.
Abbas:+-++-++-+-+++
Sabun:+++-+-++-++++-+++++
Tas:++++++-+-+++
Basat - ?
a)++-+++-+-+-++++++
b)++-+-+++-+-+++++
c)++-+-++-+-++++
d)++-+-+++-+-++++++
e)++-+-+++-++-+++++
izah: Kriptoqrafilk sualdır, hər hərf bir simvolla işarə olunub. A yerinə +, B yerinə ++, S yerinə +++, U yerinə ++++, və.s.
Beləcə lazımi işarələmələri verilən sözlərdən tapıb Basat sözündə yerinə yazsaq, alarıq ki, cavab D).
Müsabiqə 21
sual 7.
Sol tərəfdəki ədələrlə sağdakı ardıcıllıqlar arası əlaqəni taparaq son ardıcıllığı tamamlayın.
66 ---- 13 və 37.
18 --- 10 və 9.
28 --- 11 və 17.
58 --- 14 və ?
a)14 b)59 c)85 d)86 e)41
İzah: Birinci sıra:66 üçün. 6+6=12, 6*6=36.
6+6=12, 6*6=36. 12+1 və 36+1.
İkinci sıra: 8+1=9, 8*1=8. 9+1 və 8+1. Və.s.
5+8=13, 5*8=40.
Deməli cavab 13+1 və 40+1, yəni 14 və 41. Cavab E)41.
Müsabiqə 20
sual 7.
12 --- 3, 3 __ 2, 4.
41 --- 3, 12 __ 1, 1
5 --- 3, a __ b, 10.
İzah:
Soldakı ədədlərin alınması bu qayda ilədir:
1=3:3, 2=4:2. 1 və 2-dən 12 təşkil edilir.
4=12:3, 1=1:1. 4 və 1-dən 41 təşkil edilir.
0=0:3, 5=10:2. 0 və 5-dən 5 təşkil edilir.(Soldakı 0 nəzərə alınmır təbii ki)
Müsabiqə 19
sual 5.
Kilidli qapının üzərində bu yazılar yazılıb: 3 sol addım əlifba
(ŞÇBVÇJV) Qapını açacaq 4 hərfli sözü tapın.
a)Şəki b)Buta c)Quba d)Araz e)Bakı
Qeyd: Əlifbamız - Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh,
Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş,
Tt, Uu, Üü, Vv, Yy, Zz .
İzah: "3 sola addım əlifba"-dan cümlə qursaq: "əlifba ilə 3
addım sola" almaq olar. ŞÇBVÇJV hərflərinin hər birini əlifbada
tapaq və 3 addım sola gedək və rast gəlinən hərfi qeyd edək: Ş-
dan 3 addım sola P, Ç-dan 3 addım sola A, B-Y, V-T, Ç-A, J-X,
V-T. Alınan hərfləri düzək: P A Y T A X T. Paytaxt sözünə isə
E)Bakı uyğundur.
Müsabiqə 18
2) Tamamlayın: 1, 5, 4, 1, 3, 2, 1, ?
a)0 b)1 c)2 d)3 e)4
İzah: Burada əsas məntiq budur ki, hər növbəti hədd özündən əvvəlki iki həddin fərqinin mütləq qiymətinə bərabərdir. 4=5-1, 1=5-4, 3=4-1, 2=3-1, 1=3-2 və deməli ?=2-1=1. Cavab B)1.
sual 7.
Sol tərəfdəki ədələrlə sağdakı ardıcıllıqlar arası əlaqəni taparaq son ardıcıllığı tamamlayın.
4 --- 3,3,15,75.
5 --- 3, 3, 23, 143.
6 --- 3,3, 33, ? .
a)349 b)205 c)255 d)215 e)243
İzah: Artımlara diqqət edək: 1-ci sətirdə 0, 12, 60. Üstünə 4 gələk: 4, 16, 64 yəni 4, 4*4, 4*4*4 2-ci sətirdə 0, 20, 120. Üstünə 5 gələk: 5, 25, 125, yəni, 5, 5*5, 5*5*5. Nəhayət 3-cü sətir artımlar: 0, 30, ?-33. Üstə 6 gələk: 6, 36, ?-33+6. Yəni 6, 6*6, 6*6*6. Deməli ?-33+6=6*6*6=216. Buradan da ?=243. Cavab E)243.
Müsabiqə 17.
1) 3 dostun yaşlarının cəmi 58-ə bərabərdir. Dostlaarın 10 ildən sonrakı yaşlarının cəmi 5 ildən sonrakı yaşlarının cəmindən nə qədər böyük olar?
Izah: Tutaq ki, 3 dostun adları A, B və C-dir. Uyöun olaraq yaşları da a, b və c-dir. Şərtə görə a+b+c=58. 5 il sonra dostların yaşı aydındır ki olacaq: a+5+b+5+c+5=a+b+c+15=58+15=73. 10 ildən sonra yaşların cəmi olacaq a+10+b+10+c+10=a+b+c+30=88. Bizdən fərq soruşulduğundan 88-73=15. Cavab C).
Sual 2:Əlinin cibində X qədər pul var idi. Onda birini xərclədikdən sonra qalan pulun yarısını evə qoyur. Yani X-0.1X=0.9X pulun yarısını yani, 0.9X/2=0.45X qədər pulu evə qoyur. Cibində də 0.45X pul qalır.Daha sonra cibindəki pulun yarısını xərcləyir. Yani 0.45X/2=0.225X pul xərcləyir, cibində də qalır 0.225X pul. Bu dəfə isə bu pulun onda birini evə qoyur. Yani 0.225X/10=0.0225X pulu evə qoyur. Evdə də əvvəlcədən 0.45X pul var idi. Cəmi oldu 0.45X+0.0225X=0.4500X+0.0225X=0.4725X. Əlinin evə qoyduğu pul 94 manat 50qəpikdir. Yani 94.50 manat. Deməli 0.4725X=94.50 manat. Buradan da X=94.5/0.4725=200 manat. Cavab B)200 manat.
sual 3: Cüt hərflər arasındakı məntiqi əlaqəni taparaq ardıcıllığı tamamlayın.
M-E, L-E, T-T, G-G, A-A, İ-İ, N-?
Tiredən sağdakı hərflər soldakıların oxunuşundakı ilk hərflərdir. Yani M Em kimi ozunur ona gpre sağda E-dir, L El kimi oxunur, T Te kimi, G Ge kimi, A A kimi, İ İ kimi oxunur. N hərfi də En kimi oxunduğundan bu məntiqlə ? işarəsinin əvəzinə E hərfi olacaq. Cavab E)E.
sual4:Birinci sıraya baxsaq, Ç3 K1 və O2. İkincidə O1 Ç2 B3. Diqqət yetirək.O hərfi boşluq olan yerlərdədir və boşluq anlamını verir. Ç hərfi çevrə daxilindədir hər yerdə, deməli məntiq budur ki daxildəki hərf fiqurun baş hərfidir. Ona görə də kvadrat daxilində K, beşbucaqlı daxilində B hərfi var. Ç3 K1-dəki rəqəmlər isə sətir və sütun üzrə hərəsi bir dəfə işlənir. Yəni hər sətirdə və hər sütunda bir 1 bir 2 bir 3 işlənir. Bütütn bunları nəzərə alaraq cavabı tapırıq: ?-ların yerində müvafiq olaraq Ü2 və K1 olmalıdır.
7)Verilmiş çoxluqdan ən böyük rəqəmi seçin.
{1, 11, 21, 14, 8, 7, 18, 17, 2, 20, 0, 6, 15, 16, 21, 19, 9, 3, 4, 7, 13, 11, 12, -14, -1}
a)9 b)20 c)21 d)-1 e)0
İzah: Verilmiş çoxluqda müxtəlif ədədlər verilmişdir. Burda əsas nüans isə budur: ən böyük ədədin yox, məhz ən böyük rəqəmin seçilməsi. Rəqəmlər isə 0-9 arası natural ədədlərdən ibarət olduğundan ümumi götürəndə ən böyük rəqəm 9-dur. Bizim çoxluqda isə 9 rəqəmi var. Deməli cavab A)9.müsabiqə
8) 1 ballıq sual.
Ardıcıllığı tamamlayın.
3, 13, 8, 17, 13, 21, 18, 25, ?
İzah: Ardıcıllığa diqqətlə baxanda görərik ki, tək sırada duran ədədlər(3, 8, 13, 18, ?) beş-beş artır, cüt sırada duran ədədlər isə(13, 17, 21, 25) dörd-dörd artır. Sual işarəsi tək sırada durduğundan 18+5=23. cavab A)23.
Müsabiqə 15
sual 1:3-6, 9-72, 2-2, 5-?
a)23 b)20 c)18 d)63 e)51
İzah:
6=3*3-3.
72=9*9-9.
2=2*2-2.
?=5*5-5=20.
Cavab b)20.
sual 5:
21,20,24,15,31,6,42,?
a)-7 b)-1 c)7 d)1 e)0
İzah: Burada ardıcıllıqla artma və azalma növbə ilədir, artımın və azalmanın ardıcıllığına baxaq: 1,4,9,16,25,36,x Yəni 1*1, 2*2, 3*3, 4*4, 5*5, 6*6 və deməli x=7*7=49. Və nəhayət 42-49=-7. Cavab a)-7.
Müsabiqə 14
sual 3:
8,12-40, 7,12-50, 11,19-80, 3,3-?.
a)100 b)10 c)80 d)0 e)30
İzah: Bu sualda əvvəllər səhv vardı, 7,12-50-də 12 əvəzinə 11 yazılmışdı.
(12-8)*10=40.
(12-7)*10=50.
(19-11*10=80.
(3-3)*10=0.
Cavab C)0.
sual 7:
15 - 522
12 - 441
17 - 982
13 - ?
a)1021 b)991 c)961 d)691 e)661
İzah: Sağda duran ədədlər soldakıların kvadratlarının tərsinə yazəlışıdır.
15*15=225. 15-522.
12*12=144. 12-441.
Deməli, 13*13=169. 13-961.
Cavab C)961.
sual 9:
1-0, 2-4, 3-18, 4-48, 5-100, 6-180, 7-? (Bax: Bənzər suala - Müsabiqə 7, sual 10)
a)210 b)267 c)281 d)294 e)301.
İzah:
Sağda duranlar solda duranlardan bu qaydada alınıb:
1*1*1-1*1=0.
2*2*2-2*2=4.
3*3*3-3*3=16.
....
7*7*7-7*7=294.
cavab D)294.
Müsabiqə 13
sual 4.
İzah: 10+3=13, 10-3=7.
6+3=9, 6-3=3.
?-?<=>x-y=1, x+y=17. Yalnız D)17 bu şərtləri ödəyir.
sual 7.
7,15 - 15
17,18 - 36
17,24 - 48
9,12 - ?
a)24 b)12 c)46 d)110 e)18
İzah:7*15=105. 105-dən 0-ı "alsaq", qalar 15.
O qayda ilə 17*18=306 - 36.
17*24=408 - 48.
Deməli 9*12=108 - 18. Cavab E)18.
Müsabiqə 12
Sual 3.
4-25, 5-36, 8-81, 10-?
a)100 b)101 c)121 d)144 e)131
İzah: Sağdakı=Soldakı ədəd+1-in kvadratı. Cavab C)121.
Sual 7.
İşləyərkən geri qalan saat sutka dəyişəndə düz işləyən saata uyğunlaşdırıldı. Saat hər bir saatda 5 dəqiqə geri qaldı və 5 saat əvvəl tamamilə dayandı. İndi saat 7-yə 10 dəqiqə qalıbsa, xarab saat neçəni göstərir? (Təxminən)
a) 2 tamam b)1-ə 10 dəqiqə qalıb c) 2-yə 20 dəqiqə işləyib d) 1-ə 20 dəqiqə qalıb e) 2-yə 10 dəqiqə qalıb.
İzah: Saat 12-dən etibarən səhv işləyə işləyə saat gündüz 2-yə 10 dəqiqə qalmışadək işləyib, sonra dayanıb.(7-yə 10 dəqiqə qalmışdan 5 saat çıxırıq, şərtə görə). Gecə saat 12-dən günorta saat 1-ədək saat hər saat 5 dəqiqə geri qalıb. 13*5=65. deməli günorta 1-də səhv işləyən saatda 12-yə 5 dəqiqə qalıbmış. (Saat birdən 65 dəqiqə çıxırıq.) Daha sonra saat 1-dən 2-yə 10 dəqiqə qalmışadək 50 dəqiqə işləyən saat təxminən 5 dəqiqə də geri qaldı. Yəni 50 dəqiqə yerinə təxminən 45 dəqiqə irəlilədi. 12-yə 5 dəqiqə qalmışın üstünə 45 dəqiqə gələndfə eləyir 12:40. Yani 1-ə 20 dəqiqə qalın xarab saatda. Cavab D).
Sual 7.
1=0001,2=0010, 3=0011, 4=0100, 5=0101, 8=? (Sol tərəf-Ədədin onluq say sistemində yazılışı, sağ tərəf isə ikilik say sistemində yazılışıdır.)
a)1001 b)1000 c)0111 d)1100 e)1111
İzah: İkilik say sistemində yazılışın açması: 1=1*1+2*0+2*2*0+2*2*2*0, 0010=1*0+2*1+2*2*0+2*2*2*0=2.
5=1*1+0*2+1*2*2+0*2*2*2.
8=0*1+0*2+0*2*2+1*2*2*2. Deməli cavab b)1000.
Müsabiqə 11
sual 2.
Çempionatda B futbol klubu 25 oyundan sonra 21 qələbəylə 2-ci yerdədir. 1-ci yerdə gedən A klubu ondan az qələbə qazansa da, xalca öndədir. B klubunun 1 heç-heçə etdiyini nəzərə alsaq, A klubunun çempionatda neçə heç-heçə etdiyini tapın. (Qələbə 3 xal, heç-heçə isə 1 xalla qiymətləndirilir)
a)0 b)4 c)3 d)1 e)5
İzah:İkinci yerdə gedən B klubu 21 qələbə, 1 heç-heçə qazandığından xalı 21*3+1=64-ə bərabərdir. A isə şərtə görə 64-dən çox xal toplayıb və 21-dən az qələbə qazanıb. Fərz edək ki, A 19 qələbə qazanıb. Onda qalan 25-19=6 oyunda heç-heçə etsə belə maksimum 19*3+6=63 xal toplayardı. Deməli A 19 yaxud daha az sayda qələbə qazana bilməz. Eyni zamanda 21-dən az qələbə qazandığından A-nın qələbə sayı 19 < X < 21. Deməli X=20. 20*3=60 xaldır. Deməli A 20 qələbə qazanıb. A-nın topladığı xal 64-dən çox olmalıdır. Bu isə yalnız və yalnız qalan 5 oyunun hamısında heç-heçə etdikdə 65 xal ola bilər. A 66 yaxud daha çox bal toplaya bilməz verilən şərtlərdə. 25-20=5. Cavab 5 heç-heçə. E)5.
sual 3.
Məntiqi uyğun gələni tapın:
12 - 12, 2 - 7, 8 - 10, 14 - 13, 6 - ?
a)10 b)8 c)9 d)6 e)12
İzah:
12=12*2-12
2=7*2-12
8=10*2-12
Deməli 6=?*2-12 Buradan da ?=9, cavab C)9.
sual 7.
Tamamlayın: 1, 8, 17, 42, ?
a)100 b)101 c)110 d)115 e)120
İzah:
17=8+8+1.
42=17+17+8.
?=42+42+17=101
Cavab C)101.
Müsabiqə 8
sual 8:
Mənşə etibarilə artıq olanı seçin.
a)hökm b)məhəbbət c)vergül d)cümlə e)təyyarə
İzah: Hökm (hakim, məhkum, məhkəmə və.s.), məhəbbət(həbib, məhbub və.s.), cümlə (cəm, camaat və.s.), təyyarə(təyyar) sözləri mənşə etibarilə ərəb sözləridir və kök diliniə məxsus dəyişmələrə malikdirlər. Vergül sözü isə fransız mənşəlli sözdür. Cavab c)Vergül.
Müsabiqə 7
sual 1.
Ardıcıllığı tamamlayın: 13, 16, 25, 52, 133, ?
İzah: Artımları yazaq: 3, 9, 27, 81. Yəni 3, 3*3, 3*3*3, 3*3*3*3. Deməli növbəti artım 3*3*3*3*3=243 olacaq. 133+243=376. Cavab D)376.
Sual 4. Yalnız D variantındakı fiqurda vertikal xəttə paralel xətt yoxdur, yəni digər şəkillərdə vertikal və horizontal xəttlər tək deyil.
Sual 5.1)Sonrakı peşmançılıq fayda verməz. 2)Daldan atılan daş topuğa dəyər. 3)Ehtiyat igidin yaraşığıdır. 4)Yüz ölç bir biç, 5)İgid ölər, adı qalar.
İzah: 4, çünki 1. Yəni Yüz ölç bir biç, çünki Sonrakı peşmançılıq fayda verməz.
sual 7:
6 - 66 , 8 -104 , 10 - 150 , 12 - ?
a)144 b)156 c)180 d)184 e)204
İzah: 66=6*6+30. 104=8*8+40. 150=10*10+50. Deməli, ?=12*12+60=204.
sual 10:
Ədədlər ardıcıllığında ədədlərlə durduqları sıra nömrələrində riyazi asılılıq var. Tamamlayın. (Köməkçi: Kub, kvadrat və ədəd üzərində əməllər apar)
4, 15, 40, 85, ?
a)121 b)125 c)156 d)187 e)210
İzah:
4=1*1*1+1*1+1+1.
15=2*2*2+2*2+2+1.
40=3*3*3+3*3+3+1.
85=4*4*4+4*4+4+1.
Deməli
?=5*5*5+5*5+5+1=156. Cavab c)156.
Müsabiqə 6
sual 2.
9,4-7, 6,3-6 , 1,8-?
a)7 b)8 c)9 d)10 e)11
İzah:
Sağda duran ədədin kvadratı solda duranlardan təşkil
olunmuşdur:
7*7=49. 9 və 4-dən təşkil olunmuş ədəddir.
6*6=36. 6 və 3-dən təşkil olunmuş ədəddir.
?*?=81. 8 və 1-dən təşkil olunmuş ədəddir. deməli ?=kökaltı(81)
=9. Cavab C)9.
3) Bir fəhlə işi 2 saata, digəri 3 saata görürsə, ikisi birgə həmin işi neçə müddətə görər?
a)6 saat b)5 saata c)50 dəqiqəyə d)1 saat 52 dəqiqəyə e)1 saat 12 dəqiqəyə
İzah: Bir fəhlə bir saata işin 1/2-ni, digəri isə 1/3-ni görə bilər. Deməli ikisi birlikdə həmin işin 1/2+1/3=5/6 hissəsini görər. Tam işi isə 1:(5/6)=6/5 saata görərlər. Yəni bir tam beşdə bir saat isə 1 saat 12 dəqiqə deməkdir. Cavab E).
Müsabiqə 5
3)Hansı artıqdır?
a)Terapevt b)Pediatr c)Psixoloq d)Psixiatr e)Xirurq
Cavab C). Çünki digər 4 variant həkimliyin növləridir. Psixoloq isə ayrıca ixtisasdır.
5)A rejissordur və film çəkir. A-nın çəkdiyi filmdə olan B obrazı film çəkir və o filmdə olan C obrazı da film çəkir. D də C çəkən filmdə film çəkir. (yəni film içində film və.s.) Filmdə rejissor D kadrı çəkərkən stop əmri verir. Bu əmr əslində kimə məxsusdur?
a)A-nın çəkdiyi filmin ssenari müəllifinə b)D-nin çəkdiyi filmin ssenari müəllifinə c)B-yə d)C-yə e)A-ya
Cavab A). Çünki bütün bu hadisələr A-nın çəkdiyi filmin daxilində baş verdiyindən əmrin müəllifi əslində ssenaristdir.
9) 4,9,13,27,41,?
a)77 b)81 c)83 d)87 e)89
İzah: 9=4*2+1, 27=13*2+1, ?=41*2+1=83. Cavab C).
13)Bir fəhlə işi 2 saata, digəri 3 saata görürsə, ikisi birgə həmin işi neçə müddətə görər?
a)6 saat b)5 saata c)50 dəqiqəyə d)1 saat 52 dəqiqəyə e)1 saat 12 dəqiqəyə
Cavab E). Çünki bir fəhlə 1 saata işin 1/2-ni, digəri isə 1/3-nü görər. Bir yerdə bir saata onlar işin 1/2+1/3=5/6 hissəsini görərlər. Deməli 6/5 saata, yəni 1 saat 12 dəqiqəyə işi görüb qurtararlar.
Sual 16:
2 6 (15) 3 15, 3 24 (16) 8 16, 5 10 (10) 3 ?
a)15 b)12 c)1 d)9 e)18
İzah: 15=(15/3)*(6/2). (24/3)*(16/8)=16. (10/5)*(?/3)=10. ?=15. Cavab A)15.
Sual 17: Çatışmayan ədədi tapın.
1,2,3,6,2,-4, -2,8,?
a)1 b)-2 c)10 d)-4 e)6
İzah: + * / - əməlləri ardıcıl olaraq yerinə yetirilir: 2+1=3. 3*2=6. 2-6=-4. -4+2=-2.
-4*(-2)=8. ?=8/(-2)=-4. Cavab D)-4.
19) Bax Müsabiqə 5, sual 19.
İzah: (16-4)*(6-4)=(32-2)*(3+1)=120. Deməli (12+0)*(2+1)=(8+y)*(3+x)=36.
Cavab x=1 y=1. Yəni B).
20) Yalnız E) bəndində 1-ci və 2-ci sətir heç bir dəyişikliyə və yerdəyişməyə məruz qalmayıb.
21)1, 4, 5 - 15
2, 6, 4 - 10
1, 4, 9 - 25
3, 2, 7 - ?
a)50 b)20 c)15 d)25 e)100
Bir qədər mürəkkəb olan bu sualın izahı belədir: 10*(1+5)/4=15. 10*(2+4)/6=10. 10*(1+9)/4=25. Deməli ?=10*(3+7)/2=50. Cavab A).
Sual 21:
1, 4, 5 - 15
2, 6, 4 - 10
1, 4, 9 - 25
3, 2, 7 - ?
a)50 b)20 c)15 d)25 e)100
İzah: 15=10*(5+1)/4=15, 10=10*(4+2)/6. ?=10*(3+7)/2=50. Cavab A)50.
Sual 22.
A45A1B
-
1B1415
________
16A90A
a) 16 b)11 c)12 d)15 e)9
İzah: Alt-alta çıxma qaydaslna görə 3-cü sutunda A-dan 4 çıxılıb nəticədə 9 alınıb. demek ki, 13-dən 9 çıxılıb. Deməli A=3. (Çıxma qaydasına görə). B-5=A olduğuna görə B-5=3. B=8. A+B=11. Cavab B)11.
sual 25.
İzah: Bu sualı başa düşmənin ən yaxşı yolu belədir: nərd zərini götürün şəkildəki kublarla müqayisə edin. Rəqəmlərlə sayların yerində fərqlilik varsa, əvəzetmə apararaq müqayisə aparın. (Bu sualda səhvlik var) .
Sual 26.
Tapın:
1,2,3 - 2
1,2,3,4,5 - 3
2,7,17,2 - ?
a)7 b)4 c)6 d)2 e)1
İzah:Verilən sətrin solundakı ədədləri cəmləyib onların sayına böldükdə sağdakı ədəd alınır. (1+2+3)/3=2. Deməli (2+7+17+2)/4=7. Cavab A)7.
sual 27.
12+12*7:3-8:2*3-1+10*8-2+12=?
a)108 b)112 c)119 d)117 e)147
İzah: ?=12+84:3-4*3-1+80-2+12=12+28-12-1+80-2+12=117. Cavab D)117.
sual 28.
İzah: 154/11=7*2 <==> 11/1=11/x. x=1. Cavab D)1.
sual 29.
C-riyazi operatordursa, tapın.
C12=30; C32=110; C22-?
a)50 b)60 c)70 d)80 e)90
İzah: 12 və 32-nin üzərində eyni əməliyyatlar aparılıb və onlardan müvafiq olaraq 30 və 110 alınıb. Axtarıb tapmaq olar ki, C operatoru 4-ə vurub 18-i çıxmadan ibarətdir. Yəni, 12*4-18=30, 32*4-18=110. Deməli 22*4-18=70.
Cavab C)70.
sual 30.
4 ildə(2003-2006) bir yerdə neçə gün sizin ad gününüz deyil?
a)1456 b)1460 c)1457 d)1459 e)1455
İzah: 2003, 2005, 2006-da 365 gün, 2004-də isə 366 gün olmuşdur. İldə bir dəfə ad günü olduğundan qeyri ad günlərinizin sayı: 364+364+364+365=1457 olacaq. Cavab C)1457 gün.
Müsabiqə 4
sual 5.
0, 0, 1 - 1
2, 6, 4 - 56
3, 4, 7 - ?
a)14 b)84 c)42 d)74 e)33
İzah: 0*0+0*0+1*1=1, 2*2+6*6+4*4=56, 3*3+4*4+7*7=74. Cavab D)74.
6) 5-liyə daxil olmayan 5-cini tapın.
a)I İsmayıl b)Təhmasib c)Abbas d)Nadir e)II İsmayıl
Cavab D). Çünki 5-likdən yalnız Nadir qeyri Səfəvi hökmdar olub.
sual 9.
-2,2,6,42,?
a)48 b)81 c)1806 d)252 e)7
İzah: Artımlara diqqət edək: 4, 4, 36, (?-42). Hər bir artım əvvəlki həddin kvadratıdır: 4=2*2, 4=2*2, 36=6*6 və nəhayət (?-42)=42*42. Buradan da ?=1764+42=1806. Cavab C)1806.
sual 11.
CC (2 B 8)=2, C (24 Y 57)=9, CC (13 Y 4 B 17) ? (Hərflər riyazi operatorlardır)
a)1 b)2 c)3 d)4 e)5
İzah: Diqqət yetirsək, görərik ki, C kökalma əməliyyatı mənasını verir, B isə vurma əməliyyatı. 2 B 8=16. CC16=C4=2. Y cəm anlamını verir, 24Y57=81, C81=9. Deməli 13Y4B17=13+4*17=13+68=81. CC81=C9=3. Cavab C)3.
13) B12 A B6 =108, B4 A B1 = 15, B13 A B7 = ?
a)9 b)123 c)120 d)144 e)162
İzah: Hər iki verilən ifadədən görünür ki, B kvadrata yüksəltmə, A isə fərq əməlidir. 12*12-6*6=108, 4*4-1*1=15, deməli 13*13-7*4=120. Cavab C)120.
15)Hansı hərflər olmalıdır ki, söz alınsın?
Məs***, ***yaz.
a)a,ə,m. b)f,a,u. c)l,ə,m. d)r,ə,d. e)g,l,ü.
İzah: D) bəndindəki r, ə , d hərflərini "dər" kimi yazsaq iki söz alınar: Məsdər və dəryaz.
16) Artıq olanı tapın. (Sözlər hərf d&;#601;yişikliyi ilə yazılıb)
a)Mozana b)Yandu c)Niokoro d)Doqala e)Anel
Cavab: D). Çünki Amazon, Dunay, Lena və Orinoko çay adlarıdır. Ladoqa isə göl adıdır.
sual 17.
Tapın:
12-2,26-2,29-3 ,68-4,77-4,240-?
a)4 b)5 c)6 d)7 e)8
İzah: Əsas məntiq budur ki, sağdakı ədədin kubu soldakı ədəddən kiçik ən böyük kubdur. Yani 2*2*2=8 və 8 kiçikdir 13. Amma 3*3*3=27 o isə artıq 12-dən böyükdür. Eləcə də digərləri. Bu qayda ilə 240-dan kiçik ən böyük kubu tapaq: 4*4*4=64, 5*5*5=125, 6*6*6=216, 7*7*7=352. Deməli 216 kiçikdir 240 olduğundan cavab C)6.
sual 18.
12,12,17,29,50,?
a)82 b)64 c)71 d)80 e)98
İzah: Artımlara diqqət edək: 0, 5, 12, 21, (?-50). Hər bir həddə 4 əlavə etsək, ardıcıl kvadtratlar rdıcıllığı alınar: 4, 9, 16, 25, (?-46). Deməli ?-46=36. ?=82. Cavab A)82
21) Banka illik 15 % ilə 1000 dollar pul qoyan şəxsin 2 ildən sonra pulu nə qədər olar ?
a)1300 dollar 65 sent b)1300 dollar c)1450 dollar d)1325 dollar 50 sent e)1322 dollar 50 sent
İzah: 1000 dollar bir ildən sonra 15 faiz artsa, olar 1000+1000*15/100=1150. Daha bir il sonra yenə 15 faiz artım olduğundan, iki ildən sonra məbləğ olar 1150+1150*15/100=1150+172.5=1322.5, yıni 1322 dollar 50 sent. Cavab E).
22) Məntiqi əlaqəni tapın.
50-3******, 55-7******, 70-?****** (*-lar ixtiyari rəqəmlərdir.)
a)11 b)12 c)2 d)3 e)4
İzah: Bu sualdakı ədədlərə diqqət yetirsək görərik ki, 50, 55 və 70 Azərbaycanda mobil operator kodlarıdır. Hər bir operatorun təqdim etdiyi ilk nömrə başlanğıcları: Azercell 050 3......., Bakcell 055 7......., Nar Mobile isə 070 3....... formasında nömrələr təqdim edib ilk olaraq. Deməli cavab D)3.
26)Tapın:
6,16 - 2,2,9,6
4,18 - 2,2,7,?
Izah: Diqqət yetirək: 6+16=22; 6*16=96. Rəqəmləri yan-yana yazsaq: 2,2,9,6;
Deməli 4+18=22; 4*18=72 olduğundan 2,2,7,2. Cavab A)2.
27) Ümumi xassəcə uyğun digərlərinə gəlməyəni tapın.

a)1 b)2 c)3 d)4 e)5
Cavab E). Çünki yalnız 5-ci şəkildə çevrələr bir-birinin daxilində eyni cür düzülüblər.(Aşağı və sol hissədə yerləşiblər.)
29) 5-liyə uyğun gəlməyəni seçin.
a)Masallı b)Naftalan c)Mingəçevir d)Əli-Bayramlı e)Sumqayıt
A). Çünki digər 4 variantdakı şəhərlər respublika tabeli şəhərlər, Masallı isə rayon mərkəzi şəhərdir.
Müsabiqə 3.
Sual 9. -1,0,7,26,?a)36 b)81 c)80 d)63 e)31
İzah: Hər bir həddə 1 əkavə edək. 0, 1, 8, 27, ?+1. Yəni 0*0*0, 1*1*1, 2*2*2, 3*3*3, ?+1. Deməli ?+1=4*4*4=64. 7=63. Cavab D)63.
11)Prezident - dövlət, Nazir - ?
a)Prezident b)Parlament c)Kabinet d)Aparat e)Hökumət
Cavab E). Çünki prezident dövlətə başçılıq edir, baş nazir də hökumətə.
Sual 16.
3 16 (42) 2 45, 3 44 (?) 9 9
a)44 b)12 c)59 d)21 e)51
İzah: 2*45-3*16=42, 3*44-9*9=51. Cavab E)51.
Sual 17.
12-3,17-4,27-5 ,33-5,36-6,69-8,128-?
a)3 b)19 c)8 d)9 e)11
İzah:
12-3, Çünki 3*3<12<4*4,
17-4, Çünki 4*4<17<5*5,
və.s.
128-?, 11*11<128<12*12. Deməli cavab E)11.
Sual 18.
3,0,4 - 21,12,28 - 46,19,?
a)14 b)49 c)64 d)83 e)28
İzah: Birincidə 3 azalma, daha sonra 4 artma, ikincidə 3*3
azalma, daha sonra 4*4 artma, üçüncüdə 3*3*3 azalma və deməli,
4*4*4 artma. 19+4*4*4=83. Cavab D)83.
Sual 19. İzah: Sətirlərdəki ilk iki fiqurun birləşməsi zamanı üst-üstə düşən xəttlər və ikinci şəkildəki kiçik çevrə tərəfdə qalan xəttlər silinir və nəticədə üçüncü fiqur alınır. Cavab E)5.
Sual 21. "Qələm və kağızı və ya karandaş və xətkeşi və ya kalkulyatoru və ya telefonu mənə ver" tələbini hansı yerinə yetirir?
İzah:Və ilə Və Ya riyazi məntiqdə müvafiq olaraq məntiqi hasil və məntiqi cəm sayılırlar. Və sozünün mənası odur ki, Qələm və kağızı mənə ver dedikdə hər ikisini istəyirəm deməkdir, yəni birini versən, birini yox, istək yerinə yetirilməmiş sayılır. Və Ya isə o deməkdir ki, iki ya daha çox istəkdən biri də yerinə yetirilsə kifayətdir. Cavab variantlarına nəzər saldıqda görünür ki, kalkulyatoru verdikdə istək yerinə yetirilir. Çünki kalkulyator tək istənilir və digər istəklərlə Və Ya ilə ayrılır. Demək ki, digər istəklər yerinə yetirilməsə belə, kalkulyatorun verilməsi kifayətdir.
Sual 22. Bakı-10, Gəncə-20, Sumqayıt+Naxçıvan-?
a)164 b)30 c)135 d)40 e)50
Cavab C). Çünki Bakı-10 Gəncə-20 müvafiq maşın seriyalarıdır. Sumqayıt-50, Naxçıvan 85 olduğundan 85+50=135.
Sual 26. Tapın:
6,16 - 2;4
8,18 - 2;?
a)2 b)4 c)6 d)8 e)0
İzah: 16-nı 6-ya böləndə 4 tam, 2 qalıq qalır. 18-i 8-ə böləndə
2 tam, 2 qalıq qalır. Cavab A)2.
Qeyd: Bu son sualda cəmi 2 şərtin olması sualın zəif olması
deməkdir, yəni sual tam düzgün qurulmayıb. Amma səhv deyil.
28)

a)12 b)15 c)17 d)19 e)0
Cavab C). Çünki, ədədləri çarpazvari cəmləsək, (4+24)=(5+23)=(8+20)=(?+11). Deməli ?=17.
Müsabiqə 2
3)Hansı artıqdır?
a)Qepard b)Puma c)Çaqqal d)Vaşaq e)Vəhşi pişik
İzah: Yalnız çaqqal pişikkimilər fəsiləsinə aid deyil.
4)Uruqvay-2 ,Italiya-4, Almaniya-3, Fransa-? .
a)1 b)2 c)3 d)4 e)5
İzah: Bu sual futbola dairdir, hər ölkənin neçə dəfə dünya çempionu olmasını ifadə edir. Cavab A)1. (Fransa-1998).
10)Şirkət-...
a)Unos b)İnisapak c)Mnusanq d)Osyn e)Uzabus
Yalnız D) bəndində hərflərin yerini dəyişməklə tanınmış brend- Sony alınır. Digərlərindəsə brendlərə bənzər səhv adlar alınır: Sonu, Sansunq, Subazu, Panasinik.
13)300 km-lik yolun yarısı gedildi, daha sonra qalan yolun 50%-i, daha sonra ümumi gedilən yolun 4%-i gedildi. Nə qədər yol qaldı?
a)75 km b)30 km c) 60 km d)66 km e)90 km
İzah: Yarısı gedildi, yəni 300-300/2=150 km qaldı. Daha sonra qalan yolun yarısı gedildi, 150-150/2=75. Daha sonra ümumi gedilən yolun 4 faizi gedildi, (150+75)*4/100=9. Nə qədər yol qaldı? 300-(150+75+9)=66. Cavab D)66.
15)10 maşın var. 4-ü qara, 3-ü ağ, 2-si boz, 1- qırmızı. Qara maşınlardan ən zəif sürətlisi qırmızıyla bərabərdir. Boz maşınların ən sürətlisi ağ maşınların orta sürətiylə eynidir. Boz maşınların ən sürətlisi qaraların ən sürətlisindən çoxdur. Ən sürətli maşın hansı rəngdədir?
a)Ağ b)Ağ və boz c)Qara d)Qara və qırmızı e)Boz
İzah: Diqqətlə analiz etdikdə görmək olar ki, boz maşınların ən sürətlisi qaraların ən sürətlisindən, qaraların ən zəifi qırmızıyla bərabərdir. Deməli qırmızı və qara ən sürətli ola bilməz. Qalır ağ və boz. Ağın orta sürəti bozla bərabər olduğundan deməli maksimal sürət ağlardan birində ən çoxdur. Cavab A)Ağ.
Çatışmayan ədədi tapın
17) 3, 5, 7, 11, 17,?
a)11 b)19 c)21 d)25 e)29
İzah: ?-ı x ilə işarə edək. Artımları yazaq: 2,2,4,6,(x-17). Artımların artımlarında bu qayda görünür: Hər artım əvvəlki artımın iki ilə cəminə bərabərdir. 4=2+2, 6=4+2, Deməli x-17=6+2=8. x=25.
27)İzah: (17-14)-(15-13)=10-9. Həmin qaydayla (19-18)-(22-15)=x-12. Deməli cavab C)6.
18) 2,0,4,16,144,?
a)16894 b)16384 c)9 d)81 e)0
İzah:Artımlara baxaq: -2, 4, 12, 128. Onları kvadrata yüksəldək: 4, 16, 144, 16384. Göründüyü kimi sualdakı qanunauyöunluq belədir ki, hər bir hədd əvvəlki həddlə daha əvvəlki həddin fərqinin kvadratına bərabərdir. Məs: 144=(16-4)*(16-4). Cavab B)16384.
21)1,1,4,9,25,?
a)49 b)64 c)1 d)256 e)81
İzah:Göründüyü kimi hər bir hədd hansısa ədədin kvadratıdır, bu ədədləri yazaq: 1, 1, 2, 3, 5, x, ... Bu ardıcıllıq isə Fibonaççi ədədləridir, yani hər bir hədd özündən əvvəlki iki həddin cəmidir. Ona görə də x=3+5=8. Bizə lazım olan hədd isə x*x idi ona görə də cavab B)64.
22)1,-2,2,14,3,79, 4, ?
a) 223 b)119 c)287 d)254 e)194
İzah:Hər bir həddə 2 əlavə edək: 3, 0, 4, 16, 5, 81, 6, x. Aldığımız ardıcıllıqdakı tək və cüt yerləşən həddləri ayrı yazaq: 3,4,5,6 və 0, 16, 81, x. Göründüyü kimi 2-ci ardıcılıq (0*0*0*0, 2*2*2*2, 3*3*3*3,x) ardıcıl ədədlərin 4-cü qüvvətlər ardıcıllığıdır. Deməli sin hədd 4*4*4*4=256. Əvvəlcədən əlavə etdiyimiz 2-nı çıxanda alırıq ki, cavab D)254.
23) Metafizika - Fəlsəfə, At başı dumanlığı - ?
a)Fizika b)Coğrafiya c)Astronomiya d)Fəlsəfə e)Zoologiya
İzah: Metafizika termini fəlsəfəyə aiddir, at başı dumanlığı isə astronomiya aiddir, qalaktika adıdır.
26)
1,8,14 - 1;5
2,7,17 - 1;?
a)3 b)4 c)6 d)8 e)5
İzah:14-1-8=5. Və deməli 17-2-7=8. Cavab D).
28)
İzah:Sol yarımçevrəsindəki ədədlər: 5, 6, 9, 12. sağ tərəfdəkilər isə: 0, 1,16, ?.
0=(5-5)*(5-5).1=(6-5)*(6-5).16=(9-5)*(9-5). ?=(12-5)*(12-5)=49. Cavab C)49.
30)Adillə Amilin birgə pulu bankda bir ilə 20%-lik şərtlə artaraq 960$ oldu. Əgər Amilin indiki pulu Adilin pulundan 3 dəfə çox isə, Amilin pulunun artımı nə qədərdir?
a)120 b)20 c)40 d)140 e)160
İzah:Artımdan əvvəlki birgə məbləği tapaq: 960*100/120=800. Adilin pulu x imişsə, Amilin pulu 3x olub. 4x=800. x=200. Deməli Amilin 600 manat pulyu olub. 20 faizlik artımı isə 600*20/100=120. Cavab a)120.
Müsabiqə 1
7)a)13 b)23 c)33 d)43 e)53
İzah:Yalnız 33 sadə ədəd deyil.
9)3-6,4-12,5-?
İzah: 6=3*3-3, 12=4*4-4, ?=5*5-5=20.
10)Bəhs-...
a)baməqüsi b)bamərühi c)baməsühi d)baməhəsb e)baməruhi
İzah: Bəhs sözünə mübahisə sözünün hərf dəyişməsindən yaranan söz uyğundur, o da c) bəndindədir.
13)200 manata olan mal əvvəlcə 10% qalxdı,sonra yenə 10% qalxdı,daha sonra 20% düşdü.Mal indi neçəyədir?
a)240 manat b)242 manat 30 qəpikc)193 manat 60 qəpik d)118 manat 80 qəpik e)200 manat
İzahlı cavab:
200 manata olan mal 10 faiz qalxanda 200+200*10/100=220 manat olar. Daha sonra 10 faiz qalxdı. Yəni 220+220*10/100=242 oldu. Daha sonra yenə 20 faiz düşdü. Yəni 242-20*242/100=242-48.4=193.6 manat = 193 manat 60 qəpik. Düzgün cavab c) bəndi
16)400 yerlik kvadrat şəkilli zalda sıraların sayını nə qədər azaldıblar ki,yerlər 40% azalıb?
a)6 b)10 c)8 d)40 e)5
İzah: Kvadrat şəkilli olduğundan 20 sıra var, hər sırada 20 yer. 40 faiz azalmadan sonra yerlərin sayı 400-400*40/100=240 oldu. Hər sırada 20 yer olduğundan 240-20=12. Deməli 20-12=8 sıra azldılıb.Cavab C)8
17)Çatışmayan ədədi tapın.
34, 14, 62, 47, 23,?
a)58 b)79 c)66 d)85 e)65
İzah: Hər bir həddin üzərinə 2 gəldikdə kvadratlar ardıcıllığı alarıq:
36, 16, 64, 49, 25, ?+2. Üstünə 2 gəldikdə natural ədədin kvadratını verən ədəd isə yalnız C)79 - dur.
Sual 18.
18) 72 ( 27 ) 36, 16 ( .. ) 20
a)7 b)6 c)11 d)9 e)17
İzah: Soldakı ədədlərdən belə bir ifadə düzəlir: (72+36)/4=27. Deməli (20+16)/4=9. Cavab D)9.
22). (*. Nisbətən çətin)
1,-2,2,14,3,79, 4, ?.
a) 164 b)119 c)112 d)254 e)346
İzahlı cavab:
Artımlara və ədədlərə nəzər saldıqda hansısa bir qanunauyğunluq görmürük. Amma diqqətlə baxdıqda görmək olur ki, tək sırada duran ədədlər 1,2,3,4,... ardıcıl natural ədədlərdir. Cüt sırada duranlarda isə qanunauyğunluq tapmaq olar. Artımlarda qanunauyğunluq olmasa da, -2,14,79 və.s. ədədlərə 2 ədədini əlavə etsək, yeni ardıcıllıq alarıq. 0,16,81,... Burada isə növbəti ədəd 4-ün 4-cü qüvvəti olmalıdır.Çünki əvvəlki ədədlər hansısa ədədlərin 4-cü qüvvətidir. Deməli düzgün cavab 256-2=254 Yəni d bəndi olar.
Sual 27.
İzah: (17-14)-(15-13)=10-9.
(22-15)-(19-18)=?-12. Deməli ?=12+6=18. Cavab A)18.
Sual 28.
7, 14, 19, 29, 40, 44, ?
İzah: Hər artım həddin rəqəqmlərinin cəmi qədərdir. Məsələn 29-da 2+9=11 olduğundan sonrakı hədd 29+11=40. Cavab 44+(4+4)=52.
29)Yalnız C) bəndində üçbucağın təpə hissəsindəki düzbucaqli üçbucağa nəzərən simmetrik deyil.
Sual 30.Əgər siz bu testdə 4 dəfə 26, 2 dəfə 25 bal, bir dəfə də 24 bal toplasaz, orta hesabla neçə bal toplamış olarsız?
İzah:(4*26+2*25+1*24)/(4+2+1)=25.5
İQ3-50
17)
2:48 - 6, 74 - 8, 25 - 4, 32 - 5, 40 - 6, 69 - 8, 238 - 15
3:48 - 3, 74 - 4, 25 - 2, 32 - 3, 40 - 3, 69 - 4, 238 -?
a)5 b)6 c)7 d)8 e)9
İzah: Nisbətən çətin sualdır. Bu sualda məntiq belədir: 2:48-də 2 6 ədədinin kvadrata yüksəlməsi anlamındadır. 48 isə 6 ədədinin kvadratından böyük, 6+1 ədədinin kvadratından kiçik bir ədəddir.
Beləliklə 6*6=36<48, 7*7=49>48. 8*8=64<74, 9*9=81>74 və.s.
Eyni qaydaya ikinci sətir də tabedir. Sadəcə burada 2 əvəzinə 3-dür, yəni kvadrat əvəzinə kubdur.
<48. 4*4*4=64>48. və.s. ?*?*?<238, (?+1)*(?+1)*(?+1)>238 olmalıdır. Bu tələbi isə verilən variantlardakı ədədlərdən B)6 ödəyir.
İQ4-50
19)
Tamamlayın:
q,w,e,r,t,y,?
Bu düzüm hazırda işlətdiyimiz qwerty klaviaturasındakı hərflər ardıcıllığıdır. Cavab U.
20)
Yarısının yarısının yarısının 3 misli 24 olan ədədi 8-lə cəmləsək nə alarıq?
İzah: (((x/2)/2)/2)*3=24. x=64. 64+8=72.
Sual 22. Uyğunluğu riyazi münasibətlərinə görə(burada: Vurma, bölmə, toplama, çıxma, müqayisə, kvadrata yüksəltmə və bunların birgə kombinasiyası) məntiqi tamamlamayan variantı seçin: 36-6, 49-7, 121-?
a)11 b)100 c)85 d)121 e)122
İzah:Əgər ? yerinə ...
...11 yazsaq, onda verilmiş 3 cütdə sol ədədlər sağ ədədlərin kvadratı olar, məntiqi uyğunluq bu.
...100 yazsaq, onda verilmiş 3 cütdə sağ ədədlər sol ədədlərdən kiçik olar sadəcə, məntiqi uyğunluq bu.
...85 yazsaq, onda verilmiş 3 cütdə sağ ədədlər sol ədədlərdən kiçik olar sadəcə, məntiqi uyğunluq bu.
...121 yazsaq, onda verilmiş 3 cütdə sağ ədədlər sol ədədlərdən kiçik bərabər olar sadəcə, məntiqi uyğunluq bu.
Yalnız 122 cavabı riyazi münasibətlər baxımından uyğun gəlmir.
24)
Uyğunluğu tamamlayın.
İzah: Bütün fiqurlar saat əqrəbinin əksi istiqamətində 90 dərəcə çevrilir. Cavab C).
25)Uyğun cütləri tamamlayın:
İnnovasiya, Konservator, Polemika, Diskussiya - Mühafizəkar, Mübahisə, Yenilik ?
İzah: İnnovasiya-Yenilik, Polemika-Mübahisə, Konservator-Mühafizəkar, Diskussiya-Müzakirə.
Orta səviyyəli suallardan ibarət 50 suallı test
Sual 1.
89 kq-lıq kartofu 11 kq-lıq yeşiklərə yığmaq üçün azı neçə yeşik lazımdır?
İzah: 8 yeşiyin hərəsinə 11 kq yığsaq, 88 kq yığılar. Yerdə qalan 1 kq üçün də bir yeşik lazım. Ona görə də Cavab 9.
Sual 5.
4-9, 5-11, 8-?
İzah:9=2*4+1, 11=2*5+1, deməli ?=2*8+1=17.
6)makina-klaviatura,şam-...
a)günəş b)lazer c)lampa d)Dəməşq e)işıq
İzah: Klaviatura makinanın müasir formasıdır-xələfidir, lampa
da şamın. Cavab C).
Sual 9.
İnternet saytlarındakı .org sonluğu ... mənasını verir.
İzah: Org organisation sözündən götürülüb mənası təşkilat deməkdir.
11)5-liyə daxil olmayan 5-cini tapın.
a)Qazaxstan b)Türkiyə c)Tacikistan d)Özbəkistan e)Azərbaycan
İzah: Yalnız Tacikistan Türkdilli dövlət deyil. Cavab C).
21)Mənası yunanca stin poli - şəhərə doğru deməkdir. Bu hansı
ölkənin şəhəridir?
a)Yunanıstan b)Türkiyə c)Bolqarıstan d)Rumıniya e)İspaniya
İzah: Stinpoli adından göründüyü kimi İstanbul sözünün ilk
formasıdır. Cavab B).
23) İzah: Hər sətirdə, bir düzbucaqlı, bir yarımçevrə, bir
üçbucaq, bir 2 xəttli, bir 3 xəttli və bir 4 xəttli var. Son
sətirdə çatışmayan fiqurlar: üçbucaq və dördxəttli. Cavab A).
24) İzah: 6+4+6=9+7, 4+2+?=9+8. Deməli ?=11. Cavab A).
Sual 25.
Fizika - kq, İnformatika - ?
a)Maşın b)Cücü c)Bit d)Birə e)Böcək
İzah: Bit İnformatikada informasiyanın ölçü vahididir, digər variantların isə informatikaya aididyyatı yoxdur.
Sual 33.
Cənubi Azərbaycan-Atropatena, Şimali Azərbaycan-?
İzah: C.Azərbaycanda Atroöpatena dövləti olan zamanlarda Ş.Azərbaycanda Albaniya dövləti mövcud olub.
Sual 36. Bakı-10, Gəncə-20,Sumqayıt-?
İzah: Avtomobilseriyaları: BAkı-10, Gəncə-20, Sumqayıt-50.
Sual 43.
Banka illik 10 % ilə 1000 dollar pul qoyan şəxsin 2 ildən sonra pulu nə qədər olar ?
İzah: 1000+1000*10/100=1100-Bu bir ildən sonra olacaq pul. 1100+1100*10/100=1210-Bu isə iki ildən sonra olacaq pul.
Sual 47.
400 yerlik kvadrat şəkilli zalda sıraların sayını nə qədər azaldıblar ki,yerlər 50% azalıb?
İzah: Kvadrat şəkilli 400 yerlik zalda 20 sıra, hər sırada 20 yer olar. Yerlər 50 fazi azalıbsa demək ki, say olub 200. Hər səradakı yer sayı dəyişmədiyindən 200/20=10. 20-10=10. 10 sıra azaldıblar.
Sual 48. Stalin - Ruzvelt, Hitler - ?
İzah: Stalin ile Ruzvelt, Hitler ilə Mussolini 2-ci dünya savaşında müttəfiq olublar.
Sual 50.
50) Şirkət-...(Hərf dəyişikliyini nəzərə alın)
a)Unos b)İnisapak c)Mnusanq d)Osyn e)Uzabus
İzah:Yalnız D) bəndindəki Osyn yazılışından düzgün yazılmış şirlkət adı alınır-Sony.
Hesabi məntiqi testlər.
5) 72 ( 27 ) 36, 16 ( .. ) 20
a)7 b)6 c)11 d)9 e)17
İzah: 27=(72+36)/4. ..=(16+20)/4=9.
6)Rəqəmlərinin qarşılıqlı riyazi münasibətinə görə artıq olanı seçin.
a)22 b)121 c)165 d)211 e)341
İzah: Verilmiş variantların hər birində kənar rəqəmlərin cəmi ortadakına bərabərdir. Yalniz D)211 istisnadır.
7)1,-2,2,14,3,79, 4, ?
a) 164 b)119 c)112 d)254 e)346
İzah: Tək sırada duran ədədlər bir ardıcıllıq (1, 2, 3, 4 ... ), cüt sırada duranlar isə bir ardıcıllıq əmələ gətirir: -2, 14, 79, X. Hər həddə 2 əlavə edək: 0, 16, 81, X+2. Hər bir həssin kvadrat olduğunu görürük. Deməli biz elə variant seçməliyik ki, X+2 də kvadrat olsun. 254+2=256. Cavab D)254.
11)12 20 (10) 63 45, 31 44 (?) 90 89
a)6 b)12 c)14 d)4 e)18
İzah: 10=|(63-45)-(20-12)|. ?=|(90-89)-(44-31)|=12.
12) 3, 5, 7, 11, 17,?
İzah:17=5+11 + 1. 11=3+7 +1, ?=7+17 +1=25.
13) 2,0,4,16,144,?
İzah:4=(0-2)*(0-2). 144=(16-4)*(16-4). ?=(144-16)*(144-16)
22)12-3,17-4,27-5 ,33-5,36-6,69-8,128-?
a)3 b)19 c)8 d)9 e)11
İzah: Cütlərdəki sağda duran ədəd solda duran ədədin kökünün tam hissəsidir. 128-in kökü də 11-dən böyük, 12-dən kiçik olduğundan tam hissə 11-dir. Cavab E)11.
28) CC (2 B 8)=2, C (24 Y 57)=9, CC (13 Y 4 B 17) ? (Hərflər riyazi operatorlardır) C-kökalma operatorudur, Y cəm, B isə hasil. məsələn 2 B 8=16. C 16=4. C C 16=C 4=2.
29) B kvadrata yüksəltmə, A isə fərq operatorudur.
Fiqurlu testlər.
Sual 1. Hər sətirdə 1-ci və 2-ci fiqur birləşir,ikinci şəkildəki kiçik dairəcik də yanındakı xəttən öz tərəfində qalan hissəni silir və özü silinir, daha sonra əgər birləşmədə üst-üstə düşən xəttlər varsa silinir, yerdə nə qalırsa 3-cü şəkil alınır. Cavab E).
Sual 2. Xəttlər fərq əməlidir, çarpaz xəttlər isə cəm. (9-10)=(14-17)+(15-13)
və 12-?=(22-15)+(18-19)
. deməli ?=6. Cavab C)6
Sual 13. Sağ yarımçevrəylə solun əlaqəsi: 0=(5-5)(5-5); 1=(6-5)(6-5); 16=(9-5)(9-5); ?=(12-5)(12-5)=49. C bəndi .
Sual 18:
Sağ tərəfdəki ədədlər, saat əqrəbi istiqamətində: 1-ci 1,2-ci 9,3-cü 3,4-cü 1. Sol tərəfdəki ədədlər: 1 18 9 ? . Əlaqəni tapaq: 1=1*1 ( bax: solda 1-ci 1 ). 18=9*2 ( 2-ci 9 ). 9=3*3 (3-cü 3 ) və nəhayət ?=1*4 (solda 4-cü ədəd 1-dir). Cavab D)4.
Sual 19. Hər sətirdəki ilk iki şəkil birləşir, üst-üstə düşən yerlər silinir, yerdə qalanlardan 3-cü şəkil alınır. Cavab B).
Sual 21. 36=(4*8+2)+2
30=(6*4+4)-2;
Deməli ?=(8*3+6)+2=32;
Qarışıq:
Sual1,9,25,? .
Ardıcıllığa nəzər salsaq görərik ki, 1 1-in, 9 3-ün, 25 5-in və deməli ? də 7-nin kvadratı olmalıdır.(1,3,5,7 tək ədədləra ardıcıllıdır.)
Sual:
CC (2 B 8)=2, C (24 Y 57)=9, CC (13 Y 4 B 17) ? (Hərflər riyazi operatorlardır) a)1 b)2 c)3 d)4 e)5 Bu sualda C və B riyazi əməllərdir. Məs: Fərq, toplama, kökalma və.s. kimi. Ona görə də diqqət yetirdikdən sonra bilə bilərsiniz ki, 2 B 8=2*8=16. C kökalmadlır. kökaltı 16=4. İkinci C də olduğundan kökaltı 4=2. Bu məntiq ikinci münasibəti də ödəyir. Deməli Kökaltı(24 Y 57)=9. 9 81-in köküdür.Deməli Y cəm əməlidir. bundan istifadə edərək 3-cü münasibəti açaq: Kökaltı kökaltı (13+4*17)=Kökaltı kökaltı 81 = kökaltı 9=3. Cavab C)
Sual:
Uyğun gələn variantı seçin.
Zaqatala, Astara, Kəlbəcər, Neftçala
Ağstafa, Salyan, ?, Lerik
a)Balakən b)Zəngilan c)Yardımlı d)Abşeron e)Saatlı
Yuxarıdakıl rayonlar hərəsi bir coğrafi bölgəyə aiddir. Zaqatala- Şimal, Astara-Cənub, Kəlbəcər -Qərb Neftçala-Şərq. Uyğun olaraq Ağstafa - Qərb, Lerik-Cənub, ? -Şimal, Salyan-Şərq. Deməli ?-ın yerində şimal rayonu olmalıdır. Yəni Balakən. Cavab A).
Sual:
Tapın:
6,16 - 2,2,9,6
4,18 - 2,2,7,?
a)2 b)4 c)6 d)8 e)0
Sol tərəfdəki ədədlər üzərində riyazi əməliyyatlar aparıb sağ tərəfdəkilərlə nəsə uyğunluq tapmaq lazımdır. Uyğunluqsa budur. 6+16=22; 6*16=96. Yazılışa diqqə yetirək. 2296. Yəni 2,2,9,6. Deməli 4+18=22 və 4*18=72 olduğundan 2,2,7,2. Cavab A).
Sual: 3,0,4 - 21,12,28 - 46,19,?
a)14 b)49 c)64 d)83 e)28
İzah: 3,0,4 soldan sağa 3 azalma 4 artma. 21,12,28 soldan sağa 9 azalma 16 artma(3*3 azalma 4*4 artma), deməli 46,19,?-da soldan sağa 27 azalma(3*3*3) 64 artma(4*4*4). 19+64=83. Cavab D).
Sual:12-3; 17-4; 27-5; 33-5; 36-6; 69-8; 128 - ?
İzah: Ümumi nəzər salanda görürük ki 27-5 və 33-5 cütündə sağ tərəf eynidir. 5*5=25 bu ədədlərin hər ikisindən kiçikdir. 6*6=36 isə hər ikisindən böyükdür. Bu məntiq digər cütlər üçün də doğrudur. 3*3<=12 4*4>=12 ; 4*4<=17 5*5>=17 və.s. Deməli 11*11<121 12*12>128 olduğundan cavab 11 olar.
Sual:Məntiqi uyğun gələni tapın:
12 - 12, 2 - 7, 8 - 10, 14 - 13, 6 - ?
a)10 b)8 c)9 d)6 e)12
Izah: 12=12*2-12, 2=7*2-12, 8=10*2-12,14=13*2-12; ve nəhayət 6=?*2-12;
Buradan da ?=9; Cavab c)
Sual:17-ABŞ-76
19-Azərbaycan-?
17 və 76-ya birgə nəzər salsaq tapa bilərik ki, 1776-da ABŞ müstəqilliyin elan edib. Deməli Azərbaycan 1918-də müstəqillik elan etdiyindən cavab 18-dir.
Sual:
Tamamlayın: 1, 8, 17, 42, ?
a)100 b)101 c)110 d)115 e)120
Izah:17=1+8+8; 42=8+17+17; ?=17+42+42=101. Cavab b). Burada məntiq
budur ki hər bir növbəti hədd əvvəlki həddin cəmi+əvvəlki həddin cəminə
bərabərdir.
Sual:
400 yerlik kvadrat şəkilli zalda sıraların sayını nə qədər artırıblar ki, yerlər 50% artib?
İzah:Kvadrat şəkilli zalda yerlər 400 idisə deməli 20 sıra ve hər sırada 20 yer var idi. 20*20=400.
Yerlərin sayı 50% artdığından deməli indi yerlərin sayı 400+400*0.5=400+200=600-dür. Hər sıradaki yerlərin sayı dəyişmədiyindən 600/20=30 sıra.
Deməli 20 sıraya daha 10-unu əlavə ediblər ki sıraların sayı 10 ədəd artıb.
Sual: 5-liyə daxil olmayan 5-cini tapın
a)Gürcüstan b)Monqolustan c)Azərbaycan d)Belçika e)Ekvador
Bu 5 ölkəni müqayisə etdikdə görürük ki,a,b,c,d variantlarındakı ölkələr Avrasiya materikində,Ekvador isə Cənubi Amerika materikində yerləşir.Deməli cavab e)-dir.
Sual: Biznesmen yatırdığı pulun 30 faizi həcminə gəlir əldə etməklə ümumi pulunu 6500$-a qədər artırdı. Onun ilkin kapitalı nə qədər idi?
a)1950$ b)5550$ c)5000$ d)1500$ e)6500$
Əvvəlki kapital fərz edək ki, X dollar idi. Onda gəlir olacaq 30*X/100=0.3*X olacaq. X+0.3X=1.3X . Bununsa 6500 olduğu verilib. Deməli 1.3X=6500; X=5000; Cavab c) bəndi
Sual:

a)1 b)2 c)3 d)4 e)5 f)6
oxlar aşağı yuxarı və sağa yönəlib.Deməli ? işarəsinin ilkin əlaməti sağa yönəlmədir.Sonra hər sətirdə oxların sayı ya 1 ya 2 ya 3-dür. Deməli ikinci əlamət 2 oxlu olmaqdır.Son əlamət isə oxun arxa hissəsində ya dairə,ya kvadratın olması ya da heç nəyin olmamasıdır.Baxıb görürük ki,aşağı cərgədə çatışmayan əlamət dairədir. Deməli ?="Sağa yönəlmiş,arxa tərəfi dairə,2 başlıqlı ox. Bu isə e) bəndidir."
