<<Əsas səhifə

DG test. 3-cü variant.

Cavabları boş qrafaya yalnız bu formada yazın:cavab a) olduqda kiçik a,b) olduqda b və.s. Yəni yalnız hərfin özün,başqa işarə olmadan.
Məsələn 1-ci sualın cavabı a) isə onda 1-i pozub sadəcə a yazın.

 

1)Fəlsəfə(Philosophy) sözü mənaca aşağıdakılardan hansına uyğun gəlir?

a)Müdrik elm b)Müdriklik sevgisi c)Müdrikliyə doğru d)Düşüncə tərzi e)Müdrik insan

 

2)Hansı artıqdır?

a)Etika b)Estetika c)Sxolastika d)Epistemologiya e)Metafizika

 

3)Sofist nədir?

a)Fəlsəfəşünas b)Qədim Yunanıstanda filosofların şagirdi c)Qədim Yunanıstanda müdrik adam d)Qədim Yunanıstanda riyaziyyatçı e)Sufi ərəblərə Avropada verilən ad

 

4)Sokratın əsərləri əsasən kimin tərəfindən qələmə alınmışdır?

a)Platonun b)Sokratın c)Aristotelin d)Homerin e)Demokritin

 

5)Hansı alim Atomizmin banilərindəndir?

a)Anaksaqoras b)Demokrit c)Protagor d)Sokrat e)Platon

 

6)Hansı filosof Makedoniyalı İsgəndərin müəllimi olub?

a)Platon b)Sokrat c)Aristotel d)Demokrit e)Leocippus

 

7)Bilogoya,Məntiq,Fizika və.s. elmlərinin ilkin əsasını ... qoymuşdur.

a)Hippokrat b)İbn Sina c)Homer d)Bəhmənyar e)Aristotel

 

8)Hansı radikal nəzəriyyələrdən sayılır?

a)Praqmatizm b)Atomizm c)Sofizm d)Nihilizm e)Realizm

 


9)Hər şeyi inkar etmə,heç nəyə inanmama hansı baxışa uyğundur?

a)Praqmatizm b)Atomizm c)Sofizm d)Nihilizm e)Realizm

 

10)Şəxsi azadlığı və sosial inkişafı əsas götürür-...

a)Humanizm b)Liberalizm c)Daoizm d)Utilitarizam e)Sofizm

 

11)Hansı terminin hərfi mənası yenidən doğulma deməkdir?

a)Human b)Renessans c)Demokratiya d)Evolyusiya e)Proqress

 

12)Ekzistensializm(Fərdi əhəmiyyətlilik,azadlıq,seçim hüququ) haqda fikirlər hansı dövr ədəbiyyatına təsadüf edir?

a)Qədim yunan b)2-4-cü əsr c)19-20-ci əsr d)16-17-ci əsr e)11-ci əsr

 

13) Metafizika və ilahiyyatçılığın təsdiq etdiyi qeyri dəqiq və tam aydın olmayan anlayışlar haqqında empirik və praktik biliklər toplusu ... adlanır.

a)Naturalizm b)Pozitivizm c)Realizm d)Nihilizm e)Daoizm

 

14)Yoqa qədim ... fəlsəfəsinin 6 klassik sistemindən biridir.

a)Çin b)Ərəb c)Hind d)Yunan e)Misir

 

15)Avropada ilk universitet hesab olunan Afina akademiyasının banisi kim olub?

a)Sokrat b)Aristotel c)Hippokrat d)Platon e)Arximed

 

16)Vitalizmə görə canlıları cansızlardan fərqləndirən əsas cəhət ...

a)Kimyəvi quruluş b)"Qeyri müəyyənlik" c)"Həyati qüvvə" d)Ruh e)Heç nə

 

17)Elmi sosializmin banisi(ləri).

a)Marks b)Kant və Şopenhauer c)Kant və Engels d)Kant və Nitşse e)Marks və Engels

 

18)Bu idealist Britaniyalı filosof həm də keşiş olub.

a)Berkeley b)Şopenhauer c)Nitşse d)Kant e)Hum

 

19)Hansı uyğunluq deyil?

a)Leybnits-idealist b)Kant-idealist c)Dekart-riyaziyyatçı d)Platon-Avropalı e)Nitşse-20-ci əsr filosofu

 

20)Hansı fəlsəfi anlayış qadınlardan bəhs edir?

a)Nihilizm b)Şintoizm c)Vumenizm d)Feminizm e)Skeptizm